Ermənistan Azərbaycana qarşı iddia qaldırdı

Ermənistan Azərbaycana qarşı iddia qaldırdı
Ermənistan Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının "pozulması” iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.

Axar.az xəbər verir ki, bu barədə məhkəmənin məlumatında deyilir.

Bildirilib ki, İrəvan nizamnamənin 41-ci maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü maddəsinə əsaslanaraq məhkəməyə sorğu göndərib.

Ermənistan məhkəməni Azərbaycanın "birbaşa və ya dolayısı ilə Qarabağda qalan etnik ermənilərin köçürülməsinə yönəlmiş hər hansı hərəkətlərdən çəkinmək” öhdəliyini təsdiq etməyə çağırır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az