“Ermənistan daha Rusiyaya arxalana bilməz” - Paşinyan
"Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz”.
"Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Politico” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişib: "Bu vəziyyətdə Ermənistanın strategiyası ölkənin digərlərindən asılılığını maksimum dərəcədə azaltmaqdır. Biz müstəqil ölkəyə sahib olmaq istəyirik, lakin bizim Qərb və Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır. Ermənistan "proksi” ola bilməz. Bu, yolverilməzdir”.
Paşinyan, həmçinin müsahibəsində Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıları öz missiyalarını yerinə yetirməməkdə ittiham edib: "Bununla belə, deyə bilmərəm ki, rusiyalı sülhməramlılar Dağlıq Qarabağda olmasaydı, vəziyyət daha yaxşı olardı”.