Ermənistanda gələn ilin fevral ayının 18-nə təyin olunmuş prezident seçkiləri bu dövlətə xas olan siyasi intriqalar ənənəsini hələ seçkiqabağı kampaniyanın ilk mərhələsində itirmişdir.
"Vətəninfo.az" xəbər verir ki, bunu Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov ilin yekunlarına həsr olunan tədbirdə deyib.
O qeyd edib ki, 2012-ci ilin may ayında keçirilmiş parlament seçkilərindən sonra Ermənistanın siyasi mənzərəsi dəyişmiş, Ermənistan cəmiyyətinin bu ölkədə baş verən hadisələrin mahiyyətini anlaqlı dərk edə bilməməsini nümayiş etdirmişdir.
“Milli Statistika Xidmətinin rəsmi məlumatına görə, 2011-ci ildə əhalinin yoxsulluq həddi 35%-ə çatmışdır. Əgər xarici ölkələrdən daxil olan transfertləri çıxsaq, müvafiq göstərici ölkə sakinlərinin 53%-ni əhatə edəcəkdir. Bundan başqa, əhali təbii özünümüdafiə instiktini tamamilə itirmiş, seçicilərin elektoral fəalllığı əsasən iki amilə - qorxu hissinə və maddi marağa söykənmişdir”.
O qeyd edib ki, məhz seçicilərə hədə-qorxu gəlmək, onları pul ilə ələ almaq sayəsində prezident Serj Sarksyana aid olan Ermənistan Respublikaçılar Partiyası və Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası seçkiqabağı kampaniyanın favoritlərinə çevrilmiş, ölkə parlamentində çoxsaylı fraksiyalar formalaşdırmağa nail olmuşlar.
F.Məmmədov hesab edir ki, Serj Sarqsyan hakimiyyətini sarsıda biləcək yeganə qüvvə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın siyasi potensialı və ona yaxın olan “Çiçəklənən Ermənistan”, eləcə də Daşnaksyutun partiyalarıdır.
SAM direktoru vurğulayıb ki, Robert Köçəryan son vaxtlaradək özünün prezident seçkilərində iştirak edib-etməməsinə dair çoxmənalı bəyanatlar versə də, hələ də konkret mövqeyini bildirməmişdir.
Qeyd edək ki, R.Köçəryanın arsenalında ölkə daxilindəki iki nüfuzlu siyasi qüvvə və Rusiya rəhbərliyinə birbaşa çıxış imkanları vardır.
“Serj Sarqsyan xarici sponsorların ona qarşı alternativ qüvvədən istifadə etmələrinin və ya Ermənistanın xarici siyasətin gündəmində olan prinsipial məsələlərlə şantaj olunmasının qarşısını almaq üçün əlindən gələni etmişdir”.
F.Məmmədov bildirib ki, Ermənistan Respublikasının 2013-cü il büdcəsində investisiya layihələri nəzərdə tutmadığına görə onu “yaşamaq uğrunda mübarizə büdcəsi” də adlandırırlar.
Bütün bunlara və digər amillərə əsasən belə nəticəyə gəlmək olar ki, Ermənistan Respublikasında növbəti prezident seçkiləri praktiki olaraq, alternativsizlik şəraitində keçiriləcəkdir.
“Əhali qorxu və maddi ehtiyac üzündən Serj Sarqsyana səs verməli olacaqdır. S.Saqsyan prezident seçkilərində qalib gəlmək üçün taktiki məsələləri həll etsə də, gələcəkdə strateji vəzifələrin icrasında daha böyük problemlərlə üzləşəcəkdir”.
SAM direktorunun sözlərinə əsasən, Serj Sarqyan prezident kürsüsündə əyləşdiyi beş il ərzində ölkədə ümumilli əhəmiyyətə malik heç bir problemi həll edə bilməmişdir.
Bun misal kimi o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmamasını qedy edib,
“Bu münaqişə həll olunmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, sərhədlərin açılması mümkün deyil. Türkiyənin regional əhəmiyyətinin və iqtisadi gücünün artması üzündən Ermənistanın saxta ittihamları, o cümlədən uydurma “erməni soyqırımı” öz aktuallığını itirməkdədir.
Ermənistanın sadə vətəndaşlarının yaşayışında irəliləyiş yoxdur.
Ermənistanın rəsmi statistik məlumatlara əsasən, bu ilin 11 ayı ərzində 2 milyon 53 min nəfər ölkə vətəndaşı ölkəni tərk etmiş və onların yalnız 1 milyon 981 min nəfəri geri qayıtmışdır. Ölkəyə qayıtmayanların sayı təqribən 72 min nəfər olmuşdur.
Əgər son üç ilin mənfi saldosunu da nəzərə alsaq, bu müddət ərzində Ermənistanı tərk edənlərin sayı 155 min nəfər və ya rəsmi ölkə əhalisinin 5%-ni təşkil etmişdir.
Nəzərə alınmalıdır ki, rəsmi statistika bu ölkədə əhali sayını şişirdərək 2,9 miliyona çatıdırır, halbuki ATƏT-in də qeyd etdiyi rəqəm 2 miliyondan az olmasını göstərir”.
F.Məmmədov vurğulayıb ki, Ermənistan bundan sonra da xarici sponsorlar hesabına bir dövlət kimi mövcudluğunu saxlayacaq, ətrafdan təcrid olunmuş vəziyyətdə qalacaq, bankrot dövlət səviyyəsinə enəcək.