Ermənistan gözlənilmədən siyasi səriştə göstərdi

Ermənistan gözlənilmədən siyasi səriştə göstərdi
Ermənistan bu dövr ərzində - dünən, bu gün (19-20 sentyabr – red.) deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək.

Miq.az xəbər verir ki, bu sözləri ötən gün 19-20 sentyabrda keçirilən antiterror tədbirləri ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyev deyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ölkə daxilində keçirdiyi antiterror tədbirlərinə görə Azərbaycanla müharibəyə girməyəcəyini bildirmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az