Ermənistan Moskvadan 200 milyonluq silah alır

Ermənistan Moskvadan 200 milyonluq silah alır
Rusiyadan Ermənistana 200 milyon məbləğində silah nəqlinə dair saziş imzalanmaq mərhələsindədir.
 
Axar.az Nyus Armeniya-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan Müdafiə naziri Seyran Ohanyan çıxış edib. Onun sözlərinə görə, razılığa uyğun olaraq, hazırda sazişin imzalanması istiqamətində iş aparılır:
 
"İlkin mərhələ razılaşdırılıb. Amma, nəzərə alsaq ki, qarşı tərəf kreditin verilməsi qərarını yeni qəbul edib, işlərin ləngiməsi normaldır”.
 
Xatırladaq ki, Rusiya Ermənistana 200 milyon dollar kredit ayırıb və kreditin hərbi sursatla veriləcəyi açıqlanıb.
 
Aprelin 15-də isə Ermənistan hökuməti ilə Rusiya Federasiyası arasında hərbi təyinatlı məhsulların tədarükünün maliyyələşdirilməsi üçün 200 milyon dollar dəyərində sazişin müddəalarının həyata keçirilməsi barədə qərar layihəsini İrəvan təsdiq edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az