“Ermənistan sayəsində Rusiya Türkiyə ilə Azərbaycanı bir-birindən ayıra bilir”

“Ermənistan sayəsində Rusiya Türkiyə ilə Azərbaycanı bir-birindən ayıra bilir”
"RUSİYA ÜÇÜN TÜRK BİRLİYİ QƏBULEDİLMƏZDİR” - Bakını bombalamağa çağıran "politoloq” yenə danışdı



"Düşünmürəm ki, Ermənistan Rusiya üçün əvvəlki əhəmiyyətini itirib”.

"AzPolitika” xəbər verir ki, bunu Ukrayna müharibəsinin birinci ilində Bakını bombalamağa çağıran rusiyalı politoloq Mixail Aleksandrov Ermənistan mətbuatına son açıqlamasında deyib.

Onun fikrincə, Abxaziya və Cənubi Osetiyadakı Rusiya hərbi bazalar əhəmiyyətli olsa da, Ermənistandakı baza daha vacibdir. Ona görə ki, Ermənistan sayəsində Rusiya Türkiyə ilə Azərbaycanı bir-birindən ayıra bilir.

O, "Türk qövsünün bağlanmasının və Türkiyənin Xəzər dənizinə çatmasının, vahid türk birliyinin yaradılmasının” qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib: "Rusiyada bir çox insanlar bütün bunları başa düşmürlər".

O qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb: "Ancaq Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”.

Qeyd edək ki, Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) aparıcı eksperti vəzifəsini tutan M.Aleksandrovun Azərbaycanla bağlı təxribatçı açıqlamalarından sonra işdən qovulduğu barədə məlumatlar yayılmışdı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az