Ermənistanda silahlı qrup yeni şərt irəli sürdü

Ermənistanda silahlı qrup yeni şərt irəli sürdü
Yerevanda silahlı şəxslərin ələ keçirdiyi polis binası yanında 24 saatlıq mətbuat mərkəzi neytral zonada yaradılmalıdır.

Miq.az TASS-a istinadən məlumat verir ki, bunu hakimiyyətlə silahlı qruplaşma arasında vasitəçilik edən Vitali Balasanyan deyib.

Onun sözlərinə görə, bundan sonra qalan iki girov - polis general-mayoru Vartan Yeqiazaryan və polis polkovniki Valeri Osipyan - azad ediləcək.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az