Ermənistanın "Artsax" klubunda oynayan azərbaycanlı futbolçudan XƏBƏR VAR

Ermənistanın

Futbol üzrə Ermənistan birinci liqasında təmsil olunan "Artsax" ("Qarabağa") klubunda oynayan azərbaycan əsilli futbolçu Samur Ağaməhəmmədov əsas heyətə düşə bilmir. 

Miq.Az "Artsax" klubundan açıqlanan məlumatlara istinadən bildirir ki, 21 yaşlı Samur Vahid oğlu Ağaməhəmmədov ötən ilin yanvar ayından etibarən "Artsax" klubunda oynamağa başlasa da, son zamanlar əsas heyətə düşməkdə çətinlik çəkir.

Məlumat üçün bildirək ki, Ermənistan birinci liqasının 2018/19-cu il sezonunda 25-ci tur davam edir və "Artsax" klubu 9 komanda arasında 8-ci sırada yer alıb. 

Keçirdiyi 24 oyundan yalnız 3-də qələbə qazana bilib. Bu uğursuzluqlardan sonra klub bir-sıra oyuncuları satmaq qərarına gəlib. Gözlənilir ki, "Artsax" klubu 75 min avro transfer dəyəri olan  Samur Ağaməhəmmədovla da yollarını ayıracaq.

Onu da qeyd edək ki, Samur Ağaməhəmmədov Rusiyada, Dağıstan Resapublikasının Dərbənd şəhərində anadan olub. Rusiyanın "Anji" və "Nika Moskva" klublarında oynayıb.

Samur Ağaməhəmmədov "Artsax" futbol klubuna keçməzdən əvvəl AFFA tərəfindən 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. 2017-ci ildə Azərbaycan milli komandasının tərkibində Türkiyədə gedib və burada təlim-məşq toplanışında iştirak edib. Lakin Samur milliyyətcə erməni olan meneceri - Hovanes Qoaryanın təkidi ilə Azərbaycan millisindən imtina edərək Ermənistana yollanıb. O zaman Ermənistan mətbuatına açıqlama verən Samur bildirib ki, onun üçün milli mənsubiyyət əsas deyil.(Yeniavaz.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az