Lənkəranlı pəhləvan erməniləri SIRAYA DÜZDÜ - Unudulmaz çempionluq

Lənkəranlı pəhləvan erməniləri SIRAYA DÜZDÜ - Unudulmaz çempionluq


"Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Hüseyn Ağayev Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə ardıcıl iki erməni güləşçini məğlub edərək turnirin qalibi olub.

Miq.Az xəbər verir ki, iki gün davam edən yarışda 4 lənkəranlı idmançı iştirak edib. Onlardan 3-ü turnirin medallarına sahib çıxıb.

Lənkəranlı güləşçilərdən Yusif Mirzəyev 22, Ramazan Hüseynov 29, Hüseyn Ağayev 32 və Alişan Verdiyev 35 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. Onlardan ikisi birinci, ikisi isə üçüncü yeri tutub.

Turnirdə Hüseyn Ağayevin çıxışı daha yaddaqalan olub. Yarımfinalda erməni rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksələn lənkəranlı idmançı bu uğuru final görüşündə də təkrarlayıb. O, erməni rəqibini cəmi 50 saniyəyə məğlub edib. (Azərtac)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az