Əsirlikdən azad edilənlər evə buraxılır

Əsirlikdən azad edilənlər evə buraxılır

Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizin qalan hissəsi bu gün saat 14:00-da evə buraxılacaqlar.

Miq.Az xəbər verir ki, bu barədə Modern.az-a keçmiş əsir Bayram Kərimovun ailə üzvləri məlumat veriblər.

Əmisi oğlu bildirib ki, Bayramın özü onlarla telefon əlaqəsi yaradaraq, bu gün evə gələcəyini deyib.

6 illik girovluqdan sonra azad edilən Şahbaz Quliyevin qardaşı İlham Quliyev də Modern.az-a hazırda Bakıda olduğunu, qardaşını qarşılmağa gəldiyini deyib:

"Bizə də dedilər ki, bu gün buraxılırlar, gözləyirik. Şükür bu günlərə. Sağ olsun, Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu”.

Qeyd edək ki, keçmiş əsir və girovlardan 5 nəfər artıq ailələrinə qovuşub.

Xatırladaq ki, dekabrın 14-də Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyev erməni əsir və girovluğundan azad edilərək Azərbaycana gətirilib. Onlar iki həftəlik karantin rejimində saxlanılırdı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az