«Etik Mən» layihəsinə yekun vurulub
Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Türkanə Musayevanın "Etik Mən” adlı layihəsi həyata keçirilib. "Etik Mən" layihəsi çərçivəsində 22 oktyabr 2016-cı il tarixdə keçirilən layihənin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, layihə rəhbəri Türkanə Musayeva, təlimçi-Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbəsi Aygün Əliyeva və təlimə maraq göstərən gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Türkanə Musayeva "Etik mən” layihəsi haqqında ətraflı məlumat verərək bildirib ki, layihənin keçirilməsində məqsəd beynəlxalq görüşlər, tədbirlər zamanı protokol və etiket qaydalarına riayət edilməsini təmin etmək istiqamətində gənclərin yeni bilik və bacarıqlar əldə etməsidir.
Sonra təlimçi Aygün Əliyeva protokol qaydalarından, o cümlədən ictimai və sosial həyatda insanların bir-biri ilə düzgün davranış qaydalarından bəhs edən maraqlı təqdimatla çıxış edib. Bir idarəçinin uğurlu fəaliyyətinin 33%-ni şəxsiyyəti, 33%-ni işi (bilik və bacarıqları) əks etdirirsə, 34%-ni protokol bacarıqlarının nümayiş etdirdiyi vurğulayan Aygün Əliyeva etiket qaydalarını bilmək və ona əməl etməyin vacibliyini iştirakçıların nəzərinə çatdırıb.
Təlim praktiki hissə ilə davam etdirilmiş, etiket qaydalarının vacib olması ilə bağlı fikir mübadiləsi aparılmış, yalnız nəzəri deyil praktiki baxımdan da etiket qaydaları ilə bağlı yanaşmalar ortaya qoyulmuşdur.
Təlimin sonunda hər bir iştirakçı sertifikatlarla təltif olunmuşdur.
29 oktyabr 2016-cı il tarixdə Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Politologiya ixtisasının 4-cü kurs tələbəsi Qüdrətxanım Zeynalovanın təqdimatında layihə çərçivəsində ikinci təlim həyata keçirilib.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, layihə rəhbəri Türkanə Muayeva, İdarədə təcrübə keçən 18 saylı peşə liseyinin kompyuter operatorluğu və veb-dizayn fakültələrinin tələbələri və təlimə maraq göstərən digər gənclər iştirak ediblər.
Təlimçi, Qüdrətxanım Zeynalova protokol qaydaları haqqında, ictimai həyatımızla bərabər işgüzar həytımızda da protokol və etiket qaydalarının vacibliyindən söz açmış, eləcə də bununla bağlı kiçik səhnəciklər şəklində iştirakçıların özünü ifadə etməsinə şərait yaradılmışdır.
Təlimin sonunda hər bir iştirakçı sertifikatlarla təltif olunmuşdur
4 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbəsi Ağalar Ağalarlının təqdimatında Şirvan şəhər Gənclər və İdman İdarəsində layihənin sonuncu təlimi baş tutmuşdur.
Təlimdə Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Şirvan şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə Burcəliqızı, layihə rəhbəri Türkanə Musayeva və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü iləŞirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev açmış və daha sonra layihə rəhbəri Türkanə Musayeva layihə haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Təlim Ağalar Ağalarlının iştirakçılara protokol və etiket qaydaları haqqında, həmçinin, zamanla dəyişən və həyatımıza daxil olan yeniliklərə etiket qaydlarının necə təzahür etməsi haqqında məlumat verməsi ilə davam etmişdir.
Təlim interaktiv şəkildə baş tutmuş və iştirakçılar da mövzu ilə əlaqədar öz fikrilərini bildirmişlər. Təlimin sonunda hər bir iştirakçı sertifikatlarla təltif olunmuşdur.
Beləliklə, "Etik Mən” layihəsinə yekun vurulmuşdur.
Miq.az