"Eurovision"da erməni təxribatı - FOTO Video

Ermənistanın nümayəndə heyəti "Eurovision-2016” mahnı müsabiqəsində təxribata yol verib.  

Yarımfinalda iştirak edən erməni təmsilçiləri yayışma zamanı canlı yayında separatçı hərbi xuntanın bayrağı olası əski parçasını dalğalandırıblar.
 
"Avroviziya" təşkilatçıları sözlərində dursalar, erməniləri ağır cəza gözləyir. Onları yarışdan kənarlaşdıra bilərlər.

 Birinci yarımfinaldan sonra mətbuat konfransında İctimai Televiziyanın direktor müavini Şaiq Məmmədov öncə Səmra Rəhimlini finala çıxması münasibəti ilə təbrik edib və erməni nümayəndə heyətinin qondarma "DQR” bayrağı dalğalandırdığına görə etirazını bildirib.
 
Ş.Məmmədov "Eurovision” mahnı müsabiqəsinin qaydalarına zidd olan hər-hansı bir hərəkətə görə ölçü götürülməli olduğunu bildirib. Qondarma "DQR” bayrağının müsabiqənin səhnəsində qaldırılmasının və buna icazə verilməsinin mahnı müsabiqəsinin qaydalarına tam zidd olduğunu və buna görə ciddi ölçü götürüləcəyinə ümid etdiyini bildirib.
 
Xatırladaq ki, aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı. 
 
Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer almışdı.  
 
Lakin daha sonra "Eurovision” Mahnı Müsabiqəsi təşkilatçıları bayraq siyasətini yüngülləşdirərək iştirakçıların milli, regional və yerli bayraqlarının istifadəsinə icazə verib.
[video=http:// ]
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az