Çevrilişdə iştirak edən 1200 hərbçi buraxıldı
Türkiyədə dövlət çevrilişi cəhdində iştirak edən 1200 hərbçi sərbəst buraxılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
"Xalqa atəş açmayan, onların üzərinə hərbi maşın sürməyən, nə baş verdiyini bilməyən hərbçilər qısa müddətdə ayırd ediləcək. Həmin xainlərin Ərgənəkon və Balyoz cinayət işlərində etdikləri kimi, günahsız hərbçilərin cəza almasına imkan verməyəcəyik. Bizim araşdırmamız onlarınkına bənzəməyəcək. Biz ədalətli davranacağıq. Biz dövlətin prokurorlarıyıq, onlar isə təşkilatın hakim, prokurorları idilər”, - məlumatda qeyd olunub.
Miq.az