Fazil Mustafa: “Vəkilliyə qəbul asanlaşdırılmalıdır”

Fazil Mustafa: “Vəkilliyə qəbul asanlaşdırılmalıdır”

"Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin növbədənkənar sessiyasının iyulun 14-də keçirilən iclasında deyib.

O bildirib ki, Ucqar rayonlarda, eləcə də Naxçıvanda vəkillərin sayı azdır:

"Mövcud qanunvericiliyə görə test mərhələsindən keçən vəkil namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub və bu, absurddur”.

Deputat qardaş Türkiyədə belə həmin tələbin olmadığını xatırladıb:

"Vəkillik prokurorluq, hüquq-mühafizə orqanı deyil. Onlara maksimum 1 il iş stajı vaxtı verilə bilər. Ona görə də qanunvericilikdə 3 illik müddəanın ləğvi lazımdır. Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.(report.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az