Fikrət Məmmədovun qızı deputatlığa namizəd oldu

Fikrət Məmmədovun qızı deputatlığa namizəd oldu
1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında keçmiş deputat və məmur övladlarının adı yer alıb.

"Yeni Sabah” Teleqraf.com-a istinadla xəbər verir ki, YAP-ın 48 saylı Abşeron birinci Seçki Dairəsindən namizədliyini irəli sürdüyü Nigar Məmmədova sabiq Ədliyyə naziri Fikrət Məmmədovun qızıdır.

YAP tərəfindən namizədliyi irəli sürülmüş Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədridir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az