Fizika üzrə Nobel mükafatçıları bəlli oldu

Fizika üzrə Nobel mükafatçıları bəlli oldu

İsveçin Nobel Komitəsi 2015-ci ildə fizika üzrə mükafatın sahibini açıqlayıb.

Yaponiyalı Takaaki Kadzito və kanadalı Artur Makdonald "Neytrinlərin kütləsinin olduğunu göstərən neytrin rəqsləri” sahəsindəki kəşfləri ilə əlaqədar bu mükafata layiq görülüblər.

Xatırladaq ki, ötən gün fiziologiya və tibb üzrə irlandiyalı Uilyam Kempbell və yaponiyalı Satoşi Omura askarid parazitlərinin törətdiyi infeksiyaların müalicəsi sahəsindəki araşdırmaya, çinli Yuyu Tu isə malyariyanın müalicəsi sahəsindəki araşdırmaya görə Nobel mükafatını bölüşüblər.

Oktyabrın 7-də kimya, oktyabrın 9-da isə sülh üzrə Nobel mükafatının sahibləri müəyyənləşəcək. İqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 12-də açıqlanacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az