Fuad Nəcəfli “Səhvinizi nədə görürsünüz?” sualına belə reaksiya verdi - AUDİO

Fuad Nəcəfli “Səhvinizi nədə görürsünüz?” sualına belə reaksiya verdi - AUDİO



Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

 

Manset.az xəbər portalı işdən çıxarılan Fuad Nəcəfli ilə əlaqə saxlayıb. Ona "Vəzifənizdən nə üçün azad edildiniz, səhvlərinizi nədə görürsünüz?” sualları ünvanlanıb. Fuad Nəcəfli isə cavabında "Yaxşı, oldu, sağ olun” deyərək susmağa üstünlük verib.


Qeyd edək ki, Fuad Nəcəfli Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsinə 22 dekabr 2022-ci ildə təyin olunmuşdu. Ötən gün Prezidentin sərəncamı ilə həmin vəzifədən azad edilib. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.
 
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az