“Fukusima-1”də daimi süni buz qatı yaradılacaq

“Fukusima-1”də daimi süni buz qatı yaradılacaq

Sistemin qurulmasına təxminən 34,5 milyard yen (289,9 milyon dollar) xərcləndiyi bildirilir.

Yaponiyanın qəzalı “Fukusima-1” atom elektrik stansiyasının ərazisində radioaktiv qrunt sularının okeana axmasının qarşısını almaq üçün daimi süni buz qatı yaradılacaq. Bu barədə Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) kompaniyasından məlumat verilib.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, TEPCO kompaniyasının mütəxəssisləri sistemin yaradılmasına 10 ay vaxt sərf ediblər. Nəzərdə tutulan daimi buz qatının sahəsi 1,5 kilometr olmalıdır. Əgər layihə uğur qazanarsa, eyni buz qatı elektrik stansiyasının dörd enerji blokunun altında da yaradılacaq.
Layihənin həyata keçirilməsi üçün enerji kompaniyasının işçiləri tərəfindən 30 metr dərinlikdə şaquli şaxtalar qazılıb. Onların içərisinə xüsusi soyuducu mayenin keçəcəyi borular yerləşdirilib. Bu sistem sayəsində enerji bloklarının yerləşdiyi sahəni stansiyanın okeana birləşən digər ərazilərindən izolyasiya edəcək daimi buz divarı yaranmalıdır.
Sistemin qurulmasına təxminən 34,5 milyard yen (289,9 milyon dollar) xərcləndiyi bildirilir.
Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyanın Senday şəhərindən 130 kilometr uzaqda, Sakit Okeanda baş vermiş 9,1 bal gücündə zəlzələ nəticəsində yaranan nəhəng sunami ölkənin şimal-şərq sahillərində çoxsaylı insan tələfatına və böyük dağıntılara səbəb olmuşdu. Təbii fəlakətdən ən çox Miyagi, İvate və Fukusima prefekturaları zərər çəkmişdi. Eyni zamanda, Fukusima prefekturasındakı "Fukusima-1" Atom Elektrik Stansiyası da zədələnmiş və ətraf mühitə radiasiya sızması qeydə alınmışdı.
Rəsmi məlumata əsasən, həmin zəlzələ və sunami nəticəsində Yaponiyada 16 minə yaxın insan həlak olmuş, 6143 nəfər yaralanmış, daha 2681 nəfər isə itkin düşmüşdü.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az