Füzuli Ələkbərova qarşı Şok kampaniya

Füzuli Ələkbərova qarşı Şok kampaniya

İsmayıllıda baş verənlər nədən xəbər verir?

Ötən gün 23-dən 24-nə keçən gecə saat 00.15 radələrində İsmayıllı raronunda bir qrup insanın rayonun icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun yaşadığı evə hücum etməsi təsadüfi ola bilməz.

Əgər bu hadisə Zərdabda baş vermiş olsaydı, Zərdab Rayon İcra hakimiyyətinin başçısı Lütvəli Babayevə qarşı əhalinin patoloji nifrəti,eyni zamanda L.Babayevin bir qadına qarşı əxlaqsız hərəkətləri ilə bağlı yazılanlar əsas götürülərək bu və ya digər olaylar baş verə bilərdi.

İsmayıllıda isə belə deyil. Nizami Ələkbərovun əhali ilə münasibətləri, davamlı olaraq rayonun millət vəkili Novruz Aslanovla birlikdə rayonun müxtəlif kənd və qəsəblərində görüşlər keçirmələri göstərir ki, bu məsələdə əhali dövlətin yerdəki məmurunun yanındadı.

Bəs o zaman baş verənlər nədi?

Bu il ölkədə prezident seçkiləri keçiriləcəyini və seçkilərdən sonra ölkə prezidentinin yeni hökumət formalaşdıracağı heçkəsə sir deyil.  Elə bu səbəbdən müəyyən qüvvələr, eyni zamanda da hakimiyyət daxilindəki müxtəlif qruplar indidən həmin hökumətdə təmsilçiliklərini artırmaq məqsədi ilə müxtəlif oyunlar qurmaqdadırlar.

İsmayıllı oyunu isə hökumətdə təmsil olunan Əmək və Əhalinin Sosial Təminatı naziri Fizuli Ələkbərova qarşı qurulan bir oyuna bənzəyir.

Son dəqiqələrdə gələn məlumatlara diqqət yetisəniz görərsiniz ki, təhlükəsizlik qüvvələrinin rezin güllələrdən və gözyaşardıcı qazlardan istifadə etdiyi bildirilir.

Burda başqa bir oyun isə Şimal qonşumuzun son günlər Azərbaycan hakimiyyətinə qarşı ciddi basqısı ilə bağlıdır ki, müxtəlif qüvvələr məhz İsmayıllını hakimiyyətə qarşı yeni bir təyziq poliqonu olaraq da istifadə edə bilər.

Amma bütün hallarda bu oyunun daxildəki müxtəlif qüvvələrin xarici qüvvələrlə birliyinin nəticəsi kimi baxılması ehtimalı da gözdən qaçmamalıdır.

İlkin ehtimallar isə bu məsələdə daxili siyasi oyunbazların İsmayıllıdakı hadisələri Fizuli Ələkbərovun ayağına yazmaqla ona qarşı müxtəlif hücumların artmasına çalışırlar.

Kənan

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az