Gələn həftədən dərslər başlayır — Bakıda

Gələn həftədən dərslər başlayır — Bakıda

Azərbaycanda fəaliyyət göstərən bəzi özəl liseylərdə sentyabr ayının 1-dən dərslərə start verilir.

Miq.Az xəbər verir ki, bununla bağlı lisey rəhbərliyi təhsil ocağının işçi heyətinə məlumat verib.

Həmçinin valideynlərə dərslərin onlayn qaydada başlayacağı ilə bağlı bildiriş göndərilib.

Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsinə gəlincə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq. 

Xatırladaq ki, Qərargahın müvafiq qərarı ilə koronavirus pandemiyası səbəbindən Azərbaycanda martın 3-dən etibarən ölkədə tədris prosesi dayandırılıb və tətilə (iyunun 15-dək) dərslər onlayn qaydada keçirilirdi.


Ölkənin digər ümumtəhsil məktəblərininin tədris prosesinə sentyabrın 15-də başlayacağı gözlənilir. Dərslərin hansı qaydada keçiriləcəyi ilə bağlı hələ ki, yekun qərar verilməyib.(report.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az