“İslahatçı Gənclər”in 6 yaşı tamam oldu
“Vətəninfo.az” xəbər verir ki, bu gün 2006-cı ildə “Gənc Liderlər” Uşaq Təşkilatı kimi fəaliyyətə başlayan, 2011-ci ildən etibarən “İslahatçı Gənclər” İctimai Birliyi adı altında dövlət qeydiyyatına alınmış formada çalışan gənclər birliyinin 6 yaşı tamam olur.
Təşkilatın ad günü ilə bağlı fikirlərini bölüşən İB sədri Fərid Şahbazlı söyləyib ki, məktəbli ikən çox böyük ümidlərlə yaratdıqları bu təşkilat hazırda ölkəmizin ən iddialı və strukturlaşmış təşkilatlarından biridir:
“Biz bu illər ərzində çox məhdud imkanlarla 500-dən artıq müxtəlif istiqamətli layihələr reallaşdırıb, gənclər sektorunda özümüzə məxsus yer tuta bilmişik. Fəaliyyətimiz boyu kəmiyyətə deyil, keyfiyyətə üstünlük verdiyimizdən, təşkilatın sıralarında ölkəmizin yüzlərlə intellektual və dövlətçiliyə bağlı gəncləri birləşib. Hesab edirəm ki, 6 illik fəaliyyətimiz cəmiyyətin müxtəlif təbəqələri tərəfindən çox böyük etimad və diqqətlə qarşılanır. Təsadüfi deyil ki, bu gün onlarla millət vəkili, dövlət məmurları, ziyalılar təşkilatımızın fəxri üzvləri sırasında cəmləşib”.
Fərid Şahbazlının sözlərinə görə, onlar bütün fəaliyyətləri boyu daim dövlətçilik mövqeyindən çıxış edib və ölkə rəhbəri İlham Əliyevin siyasi xəttini müdafiə ediblər:
“Yolumuz və məqsədimiz aydındır. Biz cənab Prezidentin rəhbərliyi altında ölkədə gedən islahatları dəstəkləyir və bunun davamlı olmasını arzu edirik”.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər