Gəncədə toy karvanında yola pul səpələndi-Tıxac yarandı

Gəncədə toy karvanında yola pul səpələndi-Tıxac yarandı

Gəncə şəhərində toy karvanında yola çoxlu pul səpələnib. Yaxınlıqdan keçən sürücülərin avtomobilləri saxlayaraq digər şəxslərlə birlikdə pul yığması səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti bir neçə dəqiqəlik dayanıb.

"Report"un məlumatına görə, şəhərin Ataturk prospektində "Xan bağı" parkının qarşısında hərəkətdə olan toy karvanında olan avtomobillərdən yola pol səpilib. İçərisində 10 manatlıq əksinazların da olduğu pulları yığmaq istəyən vətəndaşlar, habelə onlara qoşulan maşın sürücüləri nəqliyyatın hərəkətinin bir neçə dəqiqəlik dayanmasına səbəb olublar.

Toy karvanın kimə məsus olduğu barədə hələlik məlumat yoxdur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az