Gəncənin deputatı ermənilərə qohum çıxdı

Gəncənin deputatı ermənilərə qohum çıxdı
Naqif Həmzəyevin qardaşı isə şəhərdə xuliqanlıq edir

Məhəmməd Əmin Rəsulzadəni satqın adlandıran və Gəncədən milli məclisə mandat alan Naqif Həmzəyevin ermənilərlə qohumluq əlaqələri meydana çıxıb. Maraqlıdır ki, şərqdə ilk Demokratik Cumhuriyyətin qurucusunu təhqir edən şəxs bu gün millətin vəkili adı ilə ali orqanda oturub və hüquqların təminatçısı rolunda bir tribunanı zəbt edib.
 
Mən uzun illər Gəncədə yaşamışam və gəncəlilərin dövlətinə çox sadiq olduğunu gözlərimlə görmüşəm. Lakin, sonradan şəhərdə peyda olan Naqif kimilərin şəhərin adından önə çəkilmələri bir çox gəncəlilər kimi məni də düşündürürdü. Naqif Həmzəyev haqqında və keçmişi ilə bağlı məlumatlar əldə edərkən maraqlı bir fakt diqqətimi çəkdi. Gəncəlilərlə söhbətim zamanı önə çəkilən bu məsələni araşdıranda məlum oldu ki, Rəsulzadəni satqın adlandıran deputat özü vətənimizin düşmənləri ilə çox yaxın qohumluq əlaqələri qurub. Dövlət qurucularını xəyanətdə günahlandıran Naqif Həmzəyevin bu qohumluq əlaqələri Rəsulzadəyə əsl nifrətin səbəbini açıqlamış oldu.
 
Faktlara diqqət edəndə məlum olur ki, Gəncənin gənc deputatının qaynanası ermənidir. Və Naqif Həmzəyevin həyat yoldaşı da erməni olmaqla düşmənlərimizin adını və qanını daşıyır. Bunula yanaşı Naqif Həmzəyev həyat yoldaşının qohumlarını da Gəncədə vəzifələrə çəkməklə ermənilərlə qan bağlılığı olanlara sevgisini gizlətməyir (Deputatın bacanağı Arif Qəmbərov da Gəncədə mühüm vəzifə tutur və bu barədə araşdırmalarımız davam edir. İkram Rafiqoğlu). Bu faktlar əslində millət vəkili adını daşıyan şəxsin əsl kimliyinə və Rəsulzadəyə nifrətinə aydınlıq gətirmiş olur. Təbii ki, tarix boyu bu millətə düşmənçilik edən və soyqırımlar həyata keçirən ermənilərin əqidəsini onlarla qohumluq əlaqəsini qurmaqla daxilində daşımağa borclu görünən Naqif Həmzəyevin tariximizə və qəhrəmalarımıza sevgi bəslədiyini düşünmək yersiz olar. Əgər bir evdə ki, "Allah ermənilərin cəzasını versin. Onlar düşmənimizdir” deyə bilən mühit yoxdursa deməli Rəsulzadə kimi şəxsiyyətləri, bu vətənini sevənləri satqın adlandırmağa şərait formalaşır.
 
Gəncənin deputatının özbaşınalığı və bu millətə sayğısızlığı təkcə bunlarla bitmir. Xatırladım ki, bir müddət öncə Gəncədə millət vəkilinin qardaşının bıçaqlandığı haqqında məlumatlar mediada dolaşdı. Həmin hadisənin gerçək baş vermə səbəbi bu günə qədər qaranlıq qalmışdı. Xatırladım ki, deputat qardaşı Saqif Həmzəyevi özünə sürücü kimi işə götürüb. Saqif Həmhəyev Gəncədə tez-tez sərxoş vəziyyətdə avtoxuliqanlıq etməklə diqqət mərkəzinə düşür. Bir müddət öncə Yeni Gəncə qəsəbəsində yerləşən restoranların birində özünə kef məclisi açan Saqif Həmzəyev, sərxoş olandan sonra ətrafdakıları təhqir etməyə başlayır. Gəncəlilərin ünvanına xoşagəlməz ifadələr işlədən deputatın qardaşını sakitləşdirə bilmirlər. Millətin ünvanına söyüşləri davam etdirən Saqif Həmzəyevin əxlaqsız əməllərinə restoranda çörək yeyən gənclərdən birinin əsəbləri tap gətirmir və o deputatın qardaşını susdurmaq üçün bıçağa əl atır. Münaqişə zamanı Saqif Həmzəyev bədəninin yumşaq yerindən, daha doğrusu bud nayihəsinin yuxarısı yəni arxa tərəfindən yüngül xəsarət alır. Hadisədən sonra əsəbləşən deputat Naqif Həmzəyev qardaşının əxlaqsız hərəkətlərinə, milləti təhqir etməsinə biganə qalmayan gənci həbs etdirir və tutduğu mövqeyindən istifadə edərək ona daha ağır cəza verilməsinə nail olur.
 
Qəribədir ki,  bu hadisədən sonra da deputatın qardaşı şəhərdə eyni hərəkətlərini davam etdirir. Şəhərin yollarında sərxoş maşın idarə edən və avto xuliqanlıq edən şəxsə kimsə qanunları xatırlatmır və cəzalandırmır. Hamı deputat qardaşının özbaşınalığına susur və onun növbəti qanunsuz əməllərinə şərait yaradır. Qanun keşikçilərimiz Naqif Həmzəyevin qardaşı və sürücüsünü qorumaqla Gəncədə narazı insanların sayını artırmağa çalışmaqdadırlar. Deputat isə millətə nifrətini müxtəlif yollarla nümayiş etdirməkdə davam edir.
Mövzuya qayıdacağıq.
 
İkram Rafiqoğlu      



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az