Gəncənin deputatı şəhərdəki vəziyyətdən danışdı - “Ciddi gərginlik yoxdur”

Gəncənin deputatı şəhərdəki vəziyyətdən danışdı - “Ciddi gərginlik yoxdur”

"Hazırda Gəncədə durum sakitdir, həyat öz axarı ilə davam edir. Ciddi gərginlik və ya hər hansı problem müşahidə edilmir”.

Miq.Az xəbər verir ki, bunu Gəncə şəhərinin deputatı Musa Quliyev Modern.az saytına açıqlamasında deyib:

"Hüquq-mühafizə orqanları da öz işlərini görürlər. Və vaxtaşırı təxribatı törədənlərin məhv edilməsi ilə bağlı cəmiyyətə məlumat verilir. Hər şey qaydasındadır”.

Deputat həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən də söz açıb:

"Elmar Vəliyevin qohumlarının verdiyi məlumata görə, onun səhhəti yaxşıdır. Müalicəsi plana uyğun  davam edir”.  

Xatırladaq ki, 3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İyulun 10-da isə Gəncədə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydanda kütləvi iğtişaş törədilib. Lakin polis əməkdaşları bu cəhdin qarşısını alıblar.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov həlak olublar. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az