Gənclər buna görə evlənə bilmir - Fazil Mustafa
Komitə sədri ciddi təhlükədən danışdı: "Səbəbi işsizlik və sosial problemlərdir..."
"Boşananların sayı ailə institunun tənəzzülü deməkdir. Evlənənlərin sayının az olması işsizlik və sosial problemlərlə əlaqəlidir".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa deyib.
Komitə sədri bildirib ki, sadalanan səbəblərə görə bu gün insanların evlənmə yaş həddi artır, yəni, 30-35 yaşda evlənirlər.
Fazil Mustafa eyni zamanda ötən il ölkədə abortların sayının artmasını ciddi təhlükə olduğuna diqqət çəkib.
*****
İşsizlik və müəyyən problemlər imkan vermir ki, gənclər ailə həyatı qursun.
Miq.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O əlavə edib ki, boşananların sayı isə hər gün çoxalır:
"Bu, ailə institutunun ciddi çağırışlar qarşısında olduğunu göstərir. Selektiv abortlar çoxalır. Bu da gələcəyimiz üçün ciddi siqnallar deməkdir”.
Deputat bildirib ki, ölkədə qadınların sahibkar ola bilməmələri ilə bağlı problemlər bürokratiya ilə bağlıdır:
"Ölkədə icra başçısı olan bir qadın da yoxdur”.