Görüşə çıxara bilmədiyi sevgilisini öldürdü - FOTO

Görüşə çıxara bilmədiyi sevgilisini öldürdü - FOTO
Türkiyədə 24 yaşlı oğlan internetdə tanış olduğu qızı görüşmək məqsədilə evindən çıxara bilmədiyi üçün qətlə yetirib. Daha sonra intihar edib. 
 
Publika.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə Bursa şəhərində baş verib. 
 
Məlumata görə, 24 yaşlı Həsən Şuayip Atçı əsgərlikdən icazə alaraq  Bursaya gəlib. İcazəsi bitdikdən sonra hərbi hissəyə qayıtmayan Atçı, Facebook sosial şəbəkəsindən tanış olduğu 18 yalı Alev K-nın evinə gələrək onunla görüşmək üçün çölə çıxartmaq istəyib. Qızdan rədd cavabı alan Atçı, üzərində gəzdirdiyi silahla əvvəl Alev K-nı sonra isə öz başından vuraraq intihar edib. 
 
Polis hadisə ilə bağlı araşdırma aparır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az