Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki UZAQVURAN TOPU-İlqar Mehmetoğlu-5-ci yazı

  Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki UZAQVURAN TOPU-İlqar Mehmetoğlu-5-ci yazı
Fətullah Gülənin SOKARdakı QARANLIQ adamı-İlqar Mehmetoğlu 

Miq.az saytında Gülən təriqətinin ”SOCAR-Türkiyə”dəki uzaqvuran TOPU İlqar Mehmetoğlu və ümumiyyətlə adıçəkilən qurumda gedən özbaşınalıqlar haqqında silsilə yazılarımız davam edir. Bu gün heç kimə sirr deyil ki, Türkiyə və Azərbaycan dövlətçiliyinə təhlükə olan bəzi qruplar dövlətin ən strateji obyektlərində belə özlərinə yer edərək kök salıblar.

Bu gün Türkiyəni və Azərbaycanı qaranlıq yollara sürükləyən Fətullah Gülən və onun təriqətinə sadiq qüvvələr var ki, onlar daima bu iki dövlətin zəifləməsinə qarşı həmişə səy göstəriblər. Ötən sayımızda da qeyd etmişdik ki, son günlərdə türk mediasında yayılan xəbərlər sırasında"Fətullah Gülən 8 cinayətdə ittiham olundu” xəbəri gözlənilən olsa da, çoxlarını şoka saldı. Ankara Cümhuriyyət Baş Prokrorluğu Fətullah Gülənin ABŞ-dan ekstradisiyasına dair hazırladığı sənədlərə əsasən,Gülənin 8 cinayətə görə Turkiyəyə qaytarılmasını tələb edir. Sənədlərdə Fətullah Gülənin "dələduzluq”,"rəsmi sənədləri saxtalaşdırmaq maddəsi”, "böhtan", "cinayət yolu ilə əldə edilən pulların yuyulması", "mənimsəmə”, ”danışıqların dinlənməsi və qeyd edilməsi”, "şəxsi həyatın gizliliyini pozma”  və "şəxsi məlumatları hüquqa zidd olaraq qeyd etmək” cinayətlərini törətdiyi qeyd edilir. 

Miq.az saytına Fətullah Gülənin QARANLIQ dünyası ilə yanaşı hələ də ona sitayiş edən bəzi QARANLIQ adamlar barədə çoxlu məlumatlar daxil olub. 

Türkiyədən redaksiyamıza daxil olan bir məktubda deyilir: "Hörmətli Miq.az saytının rəhbərliyi!  "SOCAR-Türkiyə”də iş görən paralelçi firmalardan LOTUS üzə çıxdı və bu firmaya artıq iş verilmir. Bundan başqa iş alacaq firmaların böyük əksəriyyəti ES Group tərəfindən seçilir. Üç qardaşın idarə ettiyi ES Group əlini SOCAR dan çəkməyincə burada paralel təmizləmə mümkün deyildir. 

Əlavə olaraq, AKP Aliağa İlçe rəhbərliyi, hər çərşənbə iclaslarında siyahı hazırlayaraq özlərindən olmayan işçilərin çıxarılması təlimatını verir. Və yenə özlərindən olmadığını bildikləri firmaların təkrar iş almaması üçün əllərindən gələni edirlər."

İlqar Mehmetoğlunu Gülən təriqətinin ”SOCAR-Türkiyə”də qorxunc, vacib, qaranlıq adamı kimi təqdim etdiyi müxtəlif sərlövhəli yazılarda"qaranlıq adam” deyimi diqqətimizi bir az da çəkdi. Düzü, bu qədər geniş və rahatca QARANLIQ işlərə sahiblik edənin adının olduğu kimi səslənməsi bizim üçün məsələnin olsa-olsa bir tərəfi idi. Digər səbəb isə Azərbaycan Respublikasının xaricdəki ən böyük sərmayələrinə rəhbərlik edənlərlə bir sırada dayanan "SOCAR”-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Energy”-nin İnsan Qaynaqları Departamentinin rəhbəri, ”Energy of Turkey” dərgisinin Baş redaktoru (Genel yayın yönetmeni), ”STEAŞ”-in məsul redaktoru (Sorumlu Yazı İşleri Müdürü) və redaksiya heyətinin üzvü (Yayın Kurulu), ”SOCAR TURKEY”-nin Məsul Yazı İşləri Müdiri (Məsul Yazı İşləri Müdiri) və başqa titulları qazanmış İlqar Mehmetoğlunun ictimaiyyətə çox az tanıdılması, hətta tanıdılmaması onun haqqında "QARANLIQ  ADAM” imicini bir daha möhkəmləndirmiş olur. Hətta bu günə kimi onun birgə çalışdığı və yaxın olduğu adamlar belə İlqar Mehmetoğlunun fəaliyyətləri bir yana, avtobioqrafiyasından belə xəbərsizdirlər.

Maraqlıdır, "Bizdən olmayanlara ”SOCAR-Türkiyə”də iş yoxdur" kimi devizlərin az qala şüar olduğu bir vaxta görəsən, həqiqətənmi İlqar Mehmetoğluya "dur" deyən tapılmır. Görəsən, SOKAR boyda nəhəng bir şirkət İlqar Mehmetoğlunun  yanında niyə üzükölgəlidir...Doğrusu, biz də bunu bilmirdik...Amma bu yaxınlarda Miq.az-ın redaksiyasına daxil olan digər maraqlı məlumat bizi şoka saldı. Əziz oxucular! Redaksiyamıza daxil olan bu maraqlı məlumatı siz də oxuyun, amma şoka düşməyin! Oxuyun görün ki, apardığımız araşdırmalar nəticəsində ortaya qoyduğumuz faktlara SOKAR niyə susdu. Gülən təriqətinin ”SOCAR-Türkiyə”dəki uzaqvuran TOPU İlqar Mehmetoğlunu tənbeh etmək və ondan azərbaycanlı gəncləri gülənçi olmadığına görə sorum sormaq əvəzinə SOKAR rəhbərliyi onun vəzifəsini bir pillə də qaldırdı. Sən demə İlqar Mehmetoğlu güc mərkəzi olduğundan başda SOKAR rəhbərliyi olmaqla, kimsə belə ona söz deməyə cürəti çatmır. Əgər belə olmasaydı, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin oğlunu oradan uzaqlaşdırmazdılar. 

Ötən yazılarımızın birində də qeyd etmişdik ki, Fətullah Gülənlə bağlı bir xəbəri (Ankara Cümhuriyyət Baş Prokrorluğu Fətullah Gülənin ABŞ-dan ekstradisiyasına dair hazırladığı sənədlərlə bağlı) oxuyan kimi yadıma bəzi təhqiqatlarımızdan yana əməlinə-işinə az çox bələd olduğum,”SOCAR Turkey Energy” şirkətin insan qaynaqları deparmentinin rəhbəri, Gülən məktəbinin siravı məzunlarından olmayan İlqar Mehmetoğlu düşdü. Miq.az olaraq biz  onun ünvanına bu ittihamları aid etmək fikrində də deyilik. Amma və lakin...Fətullahçılar sırasında İzmir imamı adlandırılan, "SOCAR Turkey Energy" şirkətinnin insan qaynaqları deparmentinin rəhbəri İlqar Mehmetoğlunun tale yolundakı bəzi oxşarlıqlar belə bir fikri yaratmış oldu.Vaxtı ilə İzmirdəki fəalliyyətləri dövründə Gülən hərəkatının kifayət qədər  çiçəkləndiyi vaxtlar əslində Fətullah Gülənin də yüksəliş illəri hesab edilə bilər. Zamanında düşməni Egey sularına qərq edən İzmir Gülənə o vaxtlar ilham və güc verdi. İlqar Mehmetoğlu da bu estafeti məhz İzmirdə qəbul edib qazananlardan və sonralar da şərəflə daşıyanlardan oldu. Hələ təhsil illərində savadı, elmi bilikləri və istedadı ilə başqalarından seçilməsə də, hizmət çocuğu kimi başqalardan ciddi bir şəkildə seçilə bildi. Ən nəhayət gülənçilərin İzmir imamı olan İlqar Mehmetoğlunun "SOCAR Turkey Energy” şirkətinin insan qaynaqları departamentinin rəhbəri kimi mühüm bir vəzifəyə irəli çəkilməsi  onun əməli fəaliyyətinin təsdiqi oldu. Məhz İlqar Mehmetoğlunun planları əsasında Gülənçi olmayanlara qərəzli münasibət ortaya qoyuldu. Ən azı Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin oğlu Tural Mustafayev kimi gənclərin işdən uzaqlaşdırılması bunun sübutu deyilmi?  

Miq.az-ın redaksiyasına daxil olan bəzi məlumatlar əsasında araşdırmalarımızın nəticələrinə görə, İstanbulun Fatih bölgəsində qeydiyatlı olan Azərbaycan mənşəli "Erbilen Gayrimenkul Yatırımları LTD” və Türkiyənin üçüncü böyük şəhəri olan İzmirin Karşıyaka bölgəsində fəaliyyət göstərən "Erbilen Gayrimenkul Danışmanlıq Şirkəti”nin bir sıra SOCAR yetkililərinin Türkiyənin İstanbul, İzmir, Bodrum və Kuşadası kimi müxtəlif bölgələrində villa, əmlak sahibi edilməsində geniş xidmətləri olub. Bu işlərin kimin tapşırığı və hansı maliyyə dəstəkləri ilə həyata keçirildiyi dosyeləri ortaya qoymaq üçün "Amsterdam&Partners huquq firması”nın təhqiqatlarına ehtiyac olmayacaq. Quruluş tarixi 22  aprel 2011-ci il, unvanı Eski Büyükdere cd. 231 SOCAR Bosphorus plz.k.3 Maslak, İstanbul, TÜRKİYE göstərilən "Erbilen Gayrimenkul Yatırımları şirkəti”nin rəhbəri də İlqar Mehmetoğludur, ortaqları isə... Dövlət məmuru biznes fəaliyyəti ilə məşğul ola bilərmi? 

Bu barədə növbəti yazılarımızda.

Bizi izləyin!

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az