Gülənin qardaşı oğlu saxlanıldı
Nurçuların lideri Fətullah Gülənin qardaşı oğlu Məhəmməd Sait Gülən Türkiyənin Ərzurum şəhərində polis tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, Sait Gülən Ankara Cümhuriyyət Prokurorluğunun apardığı istintaq tədbirləri nəticəsində yaxalanıb.
Məlumata görə, o 2010-cu ildə KPSS imtahanında (İctimai Şəxslərin müəyyənləşdirilməsi) sualları qeyri-qanuni olaraq yayıb.
Qeyd edək ki, 15 iyul qiyamından sonra FETÖ şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 10 minə yaxın şəxsin saxlanıldığı bildirilir.
Miq.az