Gültəkin Hacıbəylinin evində axtarış aparılıb

Gültəkin Hacıbəylinin evində axtarış aparılıb
Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin evində axtarış aparıldığı barədə xəbər yayılıb.

Modern.az xəbər verir ki, axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) açılmış cinayət işi çərçivəsində aparıldığı bildirilir. O, "Ramiz Mehdiyev işi" üzrə şahid qismində istintaqa ifadə verməyə dəvət olunub.

Xatırladaq ki, Gültəkin Hacıbəyli 2025-ci il noyabr ayının 29-da Türkiyədə saxlanılaraq əvvəlcə Arnavutköy Geri Göndərmə Mərkəzinə aparılmış, daha sonra Çatalca Geri Göndərmə Mərkəzinə göndərilib. İstanbul Məhkəməsi onun barəsində 5 il müddətinə Türkiyədən deportasiya olunması ilə bağlı qərar çıxarıb.

G.Hacıbəyli fevralın 11-də Azərbaycana deportasiya olunub.

Gültəkin Hacıbəylinin adı "Ramiz Mehdiyev işi"ndə hallanıb.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. O, ev dustaqlığındadır.
 
****
 Gültəkin Hacıbəyli sərbəst buraxıldı
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli sərbəst buraxılıb.

Bu barədə sosial şəbəkələrdə AXCP üzvləri məlumat yayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az