Gürcüstanda azərbaycanlı saxlanıldı - Qızıl qaçaqmalçılığına görə

Gürcüstanda azərbaycanlı saxlanıldı - Qızıl qaçaqmalçılığına görə
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gömrük Departamentinin Gəlirlər xidməti əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Gürcüstan ərazisinə gömrük nəzarətindən gizli yolla böyük həcmdə qızıl əşyaların keçirilməsi faktı üzrə Azərbaycan vətəndaşı Ramin Nəbiyev saxlanılıb.

İstintaq tərəfindən müəyyən edilib ki, ittiham edilən şəxs qaçaqmalçılıq yolu ilə qızıl külçələri və yüksək əyyarlı zinət əşyaları qanunsuz keçirməyə çalışıb. Qızıl əşyaların ümumi dəyəri 55 min laridən ibarətdir.

R.Nəbiyevə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 214 maddəsi üzrə cinayət işi açılıb. Bu maddəyə əsasən, o, 5 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilər. /Oxu.Az/
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az