Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlanıb - RƏSMİ STATİSTİKA

Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlanıb - RƏSMİ STATİSTİKA

Gürcüstanda 233 min azərbaycanlı yaşayır.

APA-nın məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Komitəsinin əhalinin siyahıya alınmasının nəticələri ilə bağlı 28 aprel tarixli açıqlamasında deyilir.

Bildirilir ki, azərbaycanlılar ölkə əhalisinin ümumilikdə 6,3 faizini təşkil edir. Siyahıya alınma 2014-cü ilin noyabrında aparılıb və Abxaziya və Cənubi Osetiyanı çıxmaqla ölkənin 82 faiz ərazisini əhatə edib. Nəticəyə əsasən Gürcüstanda 3,7 milyon insan yaşayır və son 12 ildə ölkə əhalisi 15 faiz azalıb.
 
Əhalinin 86,6 faizi, yəni 3 milyon 224 min 600 nəfəri gürcüdür. Əhalinin 4,5 faizini (168,1 min nəfər) ermənilər və 0,7 faizini (26,5 min nəfər) ruslar təşkil edir.
 
Gürcüstan əhalisinin 83,4 faizi Pravoslav kilsəsi xristianları, 10,7 faizi müsəlmanlar, 2,9 faizi isə erməni Apostol kilsəsini xristianlarıdır. Eyni zamanda 0,5  faiz əhalinin ateist olduğunu bildirib, 0,3 faizi isə bu suala cavab vermək istəməyib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az