Gürcüstanın Baş Naziri Azərbaycan Prezidentini təbrik edib

Gürcüstanın Baş Naziri Azərbaycan Prezidentini təbrik edib

Dekabrın 24-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Miq.Az" xəbər verir ki, Giorgi Qaxariya Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş Nazir Giorgi Qaxariya ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını qeyd ediblər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az