Gürcüstanın MSK sədri Bakıya gəldi
Bələdiyyə seçkilərini müşahidə etmək üçün indiyədək 52 min müşahidəçi qeydə alınıb.
"Miq.Az" xəbər verir ki, bu barədə MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, onlardan çoxu yerli müşahidəçilərdir.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, seçkini xarici müşahidəçilər də izləyəcək: "Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jivania bu gün Bakıya gəlib. Ukrayna MSK-nın sədri və müavini də Bakıya gələcək. Litvadan MSK sədrinin müavini, Qazaxıstan, Qırğızıstan, Belarus, Latviyadan MSK üzv və katib səviyyəsində seçkiləri izləyəcək. Onlardan bir çoxu yaxın saatlara qarşılanacaqlar”.
Miq.Az