Göy öskürək - davamlı tutmaşəkilli öskürəklə xarakterizə olunan infeksion xəstəlikdir.
Xəstəlik daha çox uşaqlarda rast gəlinir.
Bəzən böyüklər də bu xəstəliyə tutula bilər.
Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək çox təhlükəlidir. Xəstəliyin törədicisi - göyöskürək çöpüdür.
Uşaq xəstə ilə sadə təmas zamanı yoluxa bilər. Mikrob günəş şuaları,
yüksək və aşağı temperaturların təsirindən asanlıqla məhv olur. Buna
görə də göy öskürəyə tutulmuş xəstənin olduğu otağın xüsusi
təmizlənməsinə ehtiyac olmur. Sadəcə, otağın havasını tez-tez dəyişmək
kifayət edir. Xəstə uşağın oyuncaqlarını, qab-qacağını və digər
əşyalarını sabunla yumaq lazımdır.
Uşaqlarda göy öskürəyə qarşı həssaslıq çox yüksəkdir. Ona görə də onlara
mütləq bu xəstəliyə qarşı peyvənd vurdurun (bu peyvənd bütün uşaqlar
üçün vacib olan peyvəndlər siyahısına daxildir). Peyvənd olunmuş uşaq
göy öskürəyə tutulsa da, onu daha yüngül keçirir.
Keçirilən xəstəlikdən sonra davamlı ömürlük immunitet əmələ gəlir.
Uşaqlıqda bu xəstəliyi keçirməmiş böyüklər də istənilən yaşda
göyöskürəyə yoluxa bilərlər.
Xəstəliyin başlanğıcı KRVİ-yə bənzəyir. Lakin KRVİ-də olan öskürək daha
yüngül olur və tez keçib gedir. Göy öskürək zamanı isə öskürək artaraq
davamlı və tutmaşəkilli xarakter alır. Bir neçə dəqiqə çəkən ağır
tutmaşəkilli öskürək fit səsli dərin nəfəsalmalarla əvəzlənir. Bu zaman
uşağın üzü qızarır, sonra göyərir, boynunda damarlar genişlənir, gözlər
qanla dolur. Bəzən öskürək tutmasından sonra uşaqda qusma, qeyri-iradi
sidik ifrazı, hətta qıcolmalar olur. Üzücü öskürəkdən sonra uşaq halsız,
yorğun olur, sifəti avazımış və bir qədər şişkin görünür.
Südəmər uşaqlarda göy öskürək zamanı baş verən öskürək tutmaları
tənəffüsün dayanmasına gətirib çıxara bilər! Məhz buna görə də belə
uşaqlarda göy öskürəyə azacıq şübhə yarandıqda, dərhal xəstəxanaya
yerləşdirmək lazımdır. Göy öskürəyə tutulmuş hətta böyük uşaqları belə,
nəzarətsiz qoymaq olmaz! Çünki xəstəlik zamanı baş verən öskürək
tutmaları istənilən an tənəffüsün dayanmasına səbəb ola bilər!
Göy öskürək həmçinin öz fəsadları ilə də təhlükəli hesab edilir -
pnevmoniya (sətəlcəm), kəskin laringit (qırtlağın iltihabı), göbək və
qasıq yırtıqları, burun qanaxmaları, tənəffüsün dayanması, nevroloji
pozulmalar və s. Xəstəlik başladıqdan sonra diaqnoz nə qədər tez
qoyularsa, xəstə uşağı müalicə etmək bir o qədər asan olur. Sağalma
tədricən baş verir, öskürək tutmalarının sayı yavaş-yavaş azalır. Göy
öskürək keçirən uşaqları uzun müddət pediatr, pulmonoloq və bəzi
hallarda isə hətta nevropatoloq nəzarət altında saxlamalıdır.
Göy öskürəyin profilaktikası - uşağa vaxtında bu təhlükəli xəstəliyə qarşı vurulmuş peyvənddir.
saglamolun.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ