Gözünüzün rənginin sirrini BİLİRSİNİZMİ?
Gözlər insanın 5 duyğu üzvündən biridir. Müxtəlif göz rənglərinə malik insanlar var. Alimlər göz rənglərinə görə insanların xüsusiyyətləri müəyyənləşdiriblər. Modern.az saytı mütəxəssislərin sadaladıqları xüsusiyyətlərdən bəhs edir.
Mavi gözlü insanlar - aktiv, enerji dolu, qərarlarında qəti olan insanlardır. Əliaçıq olurlar. Həyatlarında baş verən dəyişkənliklərdən əsla qorxmazlar. Mavi gözlü insanlar özlərinə mənəvi dəstək olmağı bacarırlar. Əksər hallarda ərafları tərəfindən sevilirlər. Dost və tanışlarına çox güvənirlər. Mavi gözlü insanlara çox da nəzər dəyməz. Xəyalpərəstdirlər. Mavi göz təxminən 5 min illik gendən qaynaqlanır.
Yaşıl gözlü insanlar - Baxmayaraq ki, əsəbi insanlardır, ancaq dəyər verdikləri şəxsləri incitməyi sevməzlər. Hisslərinə hakim olmağı bacarırlar. Onlar kinli və çox qısqanc olurlar.
Qəhvəyi gözlü insanlar - Hissiyyatli insanlardır. Dünyaya romantik gözlərlə baxırlar. Sirlərini ətrafa özləri açırlar. Diqqət mərkəzində olmağı çox sevirlər. Yaradıcı insanlardır, hiss etdiklərini bildirməkdən çəkinmirlər. Onlar başqalarının problemləri haqqında çox maraqlanırlar. Bəzən vəfasızlıq edirlər.
Ala gözlü insanlar - Qürurlu və həssas insanlardır. Qürurlarının sınmasını sevməzlər.
Qara gözlü insanlar - Çox tez həyəcanlanırlar. Qayda-qanuna riayət edən insanlardır. Kinli və duyğusaldırlar. Təşkilatçılığı yaxşı bacarırlar. Qarşılarına çıxan insanları idarə etməyi xoşlayırlar.
Vətəninfo.az