Hacı Mazan şokdan çıxarıldı, amma...

Hacı Mazan şokdan çıxarıldı, amma...

İki gün əvvəl Neftçalada ağır yol qəzası nəticəsində xəsarət alan Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun son durumu açıqlanıb.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mətbuat katibi Günel Aslanova Oxu.Az-a açıqlamasında bildirib ki, onun ağciyərinə ciddi ziyan dəyib. 

Hacı Mazanın yenidən əməliyyata alınacağını bildirən G.Aslanova bunun iş adamının vəziyyətindən asılı olduğunu dilə gətirib:

"Ramazan Zeynalov hazırda reanimasiya şəraitində saxlanılır. Onun ağciyərlərinə ciddi ziyan dəyib. Həkimlərin müdaxiləsi ilə xəstə şok vəziyyətindən çıxarılıb. İki gündür stabil vəziyyətdə saxlanılır. Həkimlər əməliyyat üçün ciyərlərin vəziyyətini müşahidə edir. Xəstə bir az daha özünə gəldikdən sonra vəziyyətinə uyğun olaraq əməliyyata alınacaq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az