Hacı Mazanla bağlı son xəbər – “Vəziyyəti ağırdır”

Hacı Mazanla bağlı son xəbər – “Vəziyyəti ağırdır”

Bu gün qəza keçirən iş adamı hacı Ramazan Zeynalovun son vəziyyəti ilə bağlı yeni xəbər var. 

Miq.Az xəbər verir ki, Tədris Cərrahiyə Klinikasından Lent.az -a bildirilib ki, xəstənin vəziyyəti ağır olaraq qalır: 

"R.Zeynalovun bədənində çoxsaylı sınıqlar var. Bütün lazımi tədbirlər görülür".
 
Qeyd edək ki, "Hacı Mazan” hazırda Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyə Klinikasına yerləşdirilib. O, hazırda klinikanın reanimasiya şöbəsindədir.

Qəza nəticəsində Hacı Mazan sağ budunun sınığı, qapalı kəllə beyin travması alıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az