Hacıqabulda evlər su altında qaldı

Hacıqabulda evlər su altında qaldı

Ötən gündən yağmağa başlayan güclü yağış Pirsaatçay çayının Hacıqabul rayonunun Uduku kəndi ərazisindən keçən hissəsində suyun səviyyəsinin qalxmasına səbəb olub.

"Report” xəbər verir ki, nəticədə yaranan sel suları çayın üzərindəki körpüyə ziyan vurub, rayonun Qubalı kəndində bir neçə fərdi yaşayış evi su altında qalıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Pirsaatçay çayının səviyyəsi aşağı düşdüyündən həyətyanı sahələrdəki sel-suları çəkilib. Ziyan dəymiş körpü isə təmir edilib. Hazırda kənddə elə bir ciddi problem yoxdur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az