Hacıqabulda qəza: Ölən və yaralananlar var

Hacıqabulda qəza: Ölən və yaralananlar var

Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
 
APA-nın məlumatına görə, səhər saatlarında Qubadlı sakini, 1960-cı il təvəllüdlü İsgəndərov İzzət Atakişi oğlunun idarə etdiyi MAN markalı, 50 ZA 177 dövlət nömrə-nişanlı yük maşını Yevlax sakini, 1986-cı il təvəllüdlü Qafarov Elşad Süleyman oğlunun idarə etdiyi "Mersedes” markalı, 66 BJ 952  dövlət nömrə-nişanlı minik avtomobili ilə toqquşub.
 
Nəticədə "Mersedes”də olan sərnişin, 1958-ci il təvəllüdlü Hüseynov Sabir İsmayıl oğlu hadisə yerində ölüb, sürücü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişinlər - Yevlax sakinləri, 1959-cu il təvəllüdlü Hüseynova Aybəniz Arif qızı, 1960-cı il təvəllüdlü İradə Qocayeva, 1953-cü il təvəllüdlü Məshəti Qocayeva, 1994-cü il təvəllüdlü Haqverdiyeva Ayşən Arzu qızı, 2015-ci il təvəllüdlü Hüseynov Tuncay Ədalət oğlu və Hüseynova Solmaz Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətlər alaraq, Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. 
 
Faktla bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az