“Hakimiyyətdə qaldığı hər saat...” – Generaldan Paşinyana ittiham

“Hakimiyyətdə qaldığı hər saat...” – Generaldan Paşinyana ittiham

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri general-mayor Qriqori Xaçaturov Baş nazir Nikol Paşinyanın istefasını tələb edən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, general Paşinyanı "qeyri-peşəkar” adlandırıb.

Onun sözlərinə görə, üç ildə baş qərargahın dörd rəisinin Paşinyanın təşəbbüsü ilə dəyişdirilməsi onun qeyri-peşəkarlığından və məsuliyyətsizliyindən xəbər verir.

Xaçaturov hesab edir ki, Paşinyanın ölkəyə rəhbərlik etdiyi hər gün və hər saat dövlətin təhlükəsizlik sistemini zədələyir və gələcəyini şübhə altına alır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az