Hansı daha doğma, daha mədəniyyətlidir?

Hansı daha doğma, daha mədəniyyətlidir?

Avropa dəyərlərinin bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da kütləvi şəkildə əxz olunduğu bir dövrdə Qərb və Şərq mədəniyyətinin uşaqlar üzərində böyük təsir edici qüvvəsi olan Qərbli Şaxta Baba ilə Şərqli Molla Nəsrəddini qarşılaşdırmağa çalışmışam.Bununla da mədəniyyətlər qarşıdurması yaranır ki, bu minvalla da hansının bizə daha doğma , hansının daha çox sevməli olduğumuz üzərində düşünməyə dəyər. Beləliklə, gəlin hər iki babanı qarşılaşdıraq.

Şaxta Baba uşaqlara müftəxorluğu aşılayır. Belə ki, uşaqlara havayı hədiyyələr paylayır. Molla Nəsrəddin isə, tütəyi pulu verənə çaldırar. Molla Nəsrəddin çalışanla müftəxoru bir tutmur.

Şaxta Baba təbiəti sevmir. Meşəni qorumur. Körpə şam ağaclarının qətliamında baş rol oynayır. Molla Nəsrəddin isə, ağac kəsən insanları pisləyir.

Şaxta Baba maddəçidir. Uşaqları mənasız, boş şeylərlə aldadır.

Molla Nəsrəddin isə, pula çevirilməyəcək dəyərlərin arxasındadır. Zənginliyi elmdə, bilikdə axtarır. 

Şaxta Baba marallar tərəfindən çəkilən və uçma qabiliyəti olan xizəyi ilə uşaqları gerçəklikdən uzaqlaşdırır.

Molla Nəsrəddinin isə, gözlə görünən, əl ilə toxunula bilən ulaqcığazı vardır. Tərs mindiyi zamanlar olsa belə, uşaqları heç bir zaman gerçəklikdən uzaq salmaz.

Molla Nəsrəddin xarakterlidir. Etibar görmədiyi yerdə yeməyi kürkünə yedizdirir, ağzına bir loxma belə olsun qoymur.

Şaxta Babanı qapıdan qovsaq bacadan girir. Bu isə, onun Avropa sırtıqlığı ilə bağlıdır. Bilindiyi kimi bu cür hərəkətlər bütün hüquq sistemlərində ailəyə təcavüz maddəsi ilə mühakimə edilir. Şaxta Baba bir günün ulduzudur. Reklamlarda parıldayır. Molla Nəsrəddin isə, hər günün ulduzudur. Ürəklərdə yaşayır.

Şaxta Baba vətənsizdir. Sərgərdan olub Amerika Avropa arasında gəzir. Eyni zamanda çox üzlüdür. Amerika və Avropada Santa Klaus, Rusiyada isə, Ded Maroz adlanır. Bunlarla yanaşı Şaxta Baba qadın düşkünüdür. Qar qızsız heç bir yerə getmir.

Molla Nəsrəddinin isə, yeri yurdu bəllidir. Ağşəhərdə doğulub. Sivlihisarda yaşayıb. Günümüzün Şaxta Babası kapitalizmin əmrindədir. Puluna baxır.

Molla Nəsrəddin isə, Şaxta Baba qədər səviyyəsizlik etmir. Yeri gələndə dövrünün ən güclü hökmdarı Teymurləngi belə tənqid edir.

Müasir Şaxta Babaçılar İraq və Əfqanıstandakı uşaqları sevmir. Hədiyyə əvəzinə bacadan əl bombası tullayır. Torbalarını hədiyyələr əvəzinə insan cəsədləri və başları ilə doldurur.

Molla Nəsrəddinin nəvələri isə, qul haqqından qorxur. Nəinki insanları, qarışqanı belə incitməkdən çəkinirlər.

Şaxta Baba babalığını görmədiyimiz babalardandır. 

Molla Nəsrəddin isə, mollalığını haqqı ilə edir.

Oğuz Xaqan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az