Ustad xanəndə, muğam ifaçısı Həbib Rəhimov ölkəmizdə keçirilən I Avropa Oyunlarının izləyicisidir. Ustad xanəndənin Vətəninfo.az-a söylədikləri: “Bu gün Azərbaycan dünyaya səs salır. I Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan bu nüfuzlu idman yarışının təşkili ilə bir daha ölkəmizin əvəzolunmazlığını dünyaya sübut etdi. Yüksək təşkilatçılıq, idmançılarımızın qazandığı medallar bizə ruh verir. Qadın idmançılarımızın uğurları bir daha sübut etdi ki, qadən heç də zəif məxluq deyil. Bu gün dünya oyunların təntənəli açılışından danışır. Ölkə başçımız İlham Əliyevin, birinci xanım Mehrıban Əliyevanın bu sahədəki xidmətləri əvəzsizdir. Ustad xanəndə olaraq onların hər ikisinə sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan bir daha nəyə qadir olduğunu dünyaya sübut etdi. Erməni idmançılarının Azərbaycana dəvəti ölkəmizin kinsiz, qonaqpərvər olduğundan xəbər verir. Qələbələr Azərbaycana yaraşır. Bu günə kimi yarışlarda liderliyi qoruyub saxlamışıqsa, sona qədər də əzmkarlıqla gedib qələbə çalıb himnimizi səsləndirəcəyik. Təşkilatçılar, rəsmi tərəfdaşlar, məşqçilər inanırlar ki, möhtəşəm, İlhamlı Azərbaycan hər zaman qələbələrə imza atacaq. Dünya mətbuatı, telekanallar obyektiv şəkildə yarışları işıqlandırır. Dünyanın gözü Azərbaycandadır. AzTV, “İdman Azərbaycan” kanalları dünyanın diqqətini özünə cəlb edib. Peşəkar televiziya işçiləri, onların rəhbərləri bu işdə xüsusi əzmkarlıq göstərirlər. Bütün qalib idmançıları ürəkdan təbrik edirəm”.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT