Həkimlərin maaşları verilməyib? (AÇIQLAMA)

Həkimlərin maaşları verilməyib? (AÇIQLAMA)
Dövlət tibb müəssisələrində çalışan həkimlərin əmək haqqlarının verilməsində problemlər yaranıb.
 
Miq.az xəbər verir ki, bu barədə radioloq-həkim Aydın Əliyev "Facebook" sosial səhifə hesabında yazıb.

Həkim bonusların da verilmədiyini diqqətə çatdırıb:

"Fevral ayının az qala yarısı yekunlaşıb, amma əksər dövlət tibb müəssisələrində yanvar ayının maaşları və bonusları hələ də verilməyib. Tibb işçilərinin qəpik-quruşunu verin, onları incitməyin". 

Qaynarinfo məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Nazirliyinə tabe olan dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqqları köçürülüb. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az