Hər kəs İlham Əliyevin sözlərindən nəticə çıxarmalıdır, yoxsa... - DEPUTAT

Hər kəs İlham Əliyevin sözlərindən nəticə çıxarmalıdır, yoxsa... - DEPUTAT

"Hər kəs qarşısına qoyulan vəzifələri vicdanla yerinə yetirməlidir”.

Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.Deputat bildirib ki, kimsə məsuliyyətsiz hərəkət edəcəksə, cinayətə yol verəcəksə, qanun qarşısında cavabını alacaq: "Cənab Prezident bütün çıxışlarında deyir ki, hər bir vəzifə sahibi dövlət qarşısında, dövlət başçısı qarşısında, qanun və xalq qarşısında öz məsuliyyətini dərk etməlidir. Məsuliyyətinə uyğun da hərəkət etməlidir. Dəfələrlə ölkə başçısı Azərbaycanda korrupsiyaya qarşı çox ciddi mübarizə aparıldığını deyib. İqtisadi-sosial həyatımızın bütün sahələrində tam şəffaflığın bərqərar olunmasını tövsiyə edib. Əgər bu tövsiyələrdən, xəbərdarlıqlardan kimsə nəticə çıxarmırsa, heç şübhəsiz ki, qanun qarşısında çox ciddi cavab verəcək. Son dövrlərdə İlham Əliyev icra hakimiyyəti başçılarını təyin edəndə, açıq şəkildə, bütün cəmiyyətin gözü qarşısında onlara öz tapşırıqlarını verdi və ciddi xəbərdarlıq etdi ki, hər kəs qanun qarşısında bərabərdir. Kim bunu yerinə yetirməsə, təbii ki, ciddi cəzalanacaq. Dünən iki icra başçısı və bir müavinin həbs olunması, cəzalanması bu sözləri bir daha cəmiyyətə mesaj olaraq göndərdi ki, cənab Prezidentin sözlərindən hər kəs nəticə çıxarmalıdır".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az