Hicab bağlamaq qadağan olunur - Qanun layihəsi hazırlanır

Hicab bağlamaq qadağan olunur - Qanun layihəsi hazırlanır

Almaniyada hicab qadağan olunur.

Bu barədə Almaniyanın ən böyük nəşr şirkətlərindən olan "Redaksiyalar şəbəkəsi” məlumat yayıb.

Bildirilir ki, Xristian Demokratik İttifaqı/Xristian Sosialist İttifaqı Koalisiyası son zamanlar baş verən terror hücumlarının qarşısını almaq məqsədilə bəzi qanunların sərtləşdirilməsini nəzərdə tutan paket hazırlayıb. Paketə polislərinin sayının artırılması, çarşabın qadağan olunması, məscidlərə edilən maddi yardımların izlənilməsi, ikili vətəndaşlığın ləğv olunması daxildir.

Sənədə əsasən 2020-ci ilə kimi Almaniyada polislərin sayının 15 min artırılması, polislərin uzun lüləli silahlar və bədən kameraları ilə təmin olunmaları nəzərdə tutulur. Paketin gələn həftə "Berlin açıqlaması” adı altında son versiyasının hazırlanması gözlənilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az