Hindistan Rusiyadan aldığı "S-400" raketlərini onlara qarşı istifadə edəcək

Hindistan Rusiyadan aldığı

Hindistan Rusiyadan aldığı "S-400" zenit-raket sistemlərinin ilk alayını Pakistanla sərhəddə yerləşdirmək niyyətindədir.

Miq.Az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan sözügedən sistemin bir hissəsini ölkənin Pakistanla qərb sərhədləri yaxınlığında yerləşdirəcək və burada həm Pakistan, həm də Çindən gələn təhdidləri dəf edə biləcək.

Qeyd edək ki, Hindistan Rusiyadan "S-400" almaq niyyətini 2015-ci ildə bəyan edib. "Triumf" zenit-raket komplekslərinin 5 alayının Hindistana tədarük edilməsi ilə bağlı müqavilə 2018-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı imzalanıb.

Hindistan Çin və Türkiyədən sonra Rusiyadan bu kompleksləri alan üçüncü xarici alıcı olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az