Holland siyasətçi Xocalı soyqırımı haqda nə dedi?

Holland siyasətçi Xocalı soyqırımı haqda nə dedi?

“Avropalılar bizim səsimizi eşitmir,” “bunlar daha çox ermənilərə tərəf saxlayırlar” və. s. digər bu kimi şikayətləri vaxtaşırı eşidirik. Bunu hər kəs deyir, hətta bu günə qədər bir əcnəbiyə belə millətimiz haqqında məlumat verməyən də. Öncələr bizlərin informasiya blokadası ola bilərdi. Bəlkə indi də xarici, yaxud da yaşadığımız ölkənin mətbuatına çıxmaq bir o qədər də asan deyil. Ancaq ən azından sosial şəbəkələr var. Bizlər dostluğumuzdakı xarici millətlərə ölkəmiz barədə məlumat versək və onlardan biri buna reaksiya verərsə, yazdıqlarından həmən onun dostlarının da məlumatı olmuş olması demək olacaq. Bəlkə də çox sadə görsənə bilər. Ancaq bunlar, həqiqətən də effekt verə biləcək adımlardır. Mən şəxsi təcrübəmdə bunları görmüşəm. Hələ üstəlik dostluğndakı şəxs ölkəsində tanınmış adamdırsa, bunun nəticəsi daha yaxşı ola bilər.
Bir misal. Lük Blom (Luuk Blom) 2003-2010 – cu illərdə PvdA partiyasından Niderland Parlamentinin üzvü olub. Facebook sosial şəbəkəsində aktiv olan siyasət adamlarındandır. Ermənilərə isti münasibəti və hətta deyilənə görə Ermənistanda qız dostu belə olub. Xocalı və erməni məsələsi ilə bağlı facebook-da Türkiyə-Azərbaycan dostluq təşkilatının gənc üzvləri ilə mübahisəsi yaranıb. Bir xeyli davam edən diskussiyadan sonra, təşkilatın başqanı İlhan Aşkın tərəfindən təşkilatın ofisinə dəvət olunur. Gözləntilərin əksinə olaraq cənab Lük dəvəti qəbul edir və nəticə də çox yaxşı olur. Cənab Lük görüşdən sonra özünün səhifəsində status yazır. Bu statusdan bəzi məqamları diqqətinizə çatdırıram: “Ötən həftə bir Azərbaycan cəmiyyətində oldum. Bu facebook-da “erməni sorunu” ilə bağlı olan diskussiyaya görə idi. Gözlənilməz qonaqpərvərlik gördüm, ətraflı məlumat aldım. Hələ də o görüşün təsiri altındayam. Bəzən elə bilirik ki, hər şeyi bilirik. Sonradan məlum olur ki, hələ öyrənməli çox şey var. 1992-ci il 25-26 fevralda Xocalıda olanlardan, 613 nəfərin ölümündən şok hisslər keçirtdim. Hadisənin iştirakçısı olan bir neçə nəfər ilə söhbət etdim. Məncə Xocalı məsələsinə diqqət verilməli və beynəlxalq müzakirəyə çıxarılmalıdır... ” Daha sonra isə məlumat üçün bu linkə: www.justiceforkhojaly.org baxmağı məsləhət görüb. Onun bu statusunu dostluğunda olan 247 nəfər görmüş oldu ki, bunların da çoxu siyasət adamlarıdır. Heç bir şey etməsələr belə, ən azından sayta baxmış oldular. Buna reaksiya verənlərin dostları da öz yerində. Buna görə, fürsətdən istifadə edib, cənab Lükə və bütün bunları ona göstərdiyinə görə isə, Azərbaycan – Türkiyə dostluq təkilatına və şəxsən İlhan Aşkına öz adımdan təşəkkür edirəm.
Bir daha deyirəm ki, buna balaca bir iş kimi baxmağı düzgün heasb etmirəm. Bizlər fəaliyyətimizi davam etdirsək, nəticə əldə edə biləcəyik. Sadəcə iş görməyə həvəs və istək olmalıdır.

Vüqar Abbasov, Niderland

[email protected]/* */



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az