Hraparak: Azərbaycan Dağda 11 post qurdu
Ötən həftə Azərbaycan Ordusu Dağ (Tex) kəndinə daxil olduqda, Paşinyan hökumətin iclasında az qala and içdi ki, bu istiqamətdə Ermənistan tərəfdən heç bir mövqe dəyişikliyi baş verməyib, yalnız Ermənistan-Qarabağ marşrutu dəyişib.
Yenipress.az xəbər verir ki, bu barədə "Hraparak” qəzeti məlumat yayıb.
"Elə həmin gün ölkənin Milli Təhlükəsizlik Xidməti bu açıqlamanı təkzib edərək bildirdi ki, Azərbaycan Ordusu beş hissədə 100-300 metr irəliləyib, mövqe və mühəndislik işlərinə başlayıb. Sonra qurumun özü də yalan danışdı. Aprelin 1-də onlar növbəti məlumat yaydılar ki, Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə sərhədin dəqiqləşdirilməsi üzrə iş aparılıb, nəticədə bu sahədə vəziyyət "xeyli yaxşılaşıb”.
Azərbaycan Ordusu tərəfindən kənddə 11 post yaradılıbsa, hansı abadlıqdan danışırıq? Aravus administrasiyasının keçmiş rəhbəri Arqam Hovsepyan bildirib ki, azərbaycanlılar 60 hektardan çox ərazini nəzarətə götürüblər.
Dünən öyrəndik ki, kənddə bir neçə polis postu da yaradılıb”, - məlumatda deyilir.