İbrahim Tatlısəs yenidən səhnədə

İbrahim Tatlısəs yenidən səhnədə

XVIII Kral Musiqi Mükafatının İstanbul Konqres Mərkəzində keçirilən mərasiminə İbrahim Tatlıses damğasını vurub. 

“Vətəninfo.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il qazandığı mükafatı Almaniyada müalicə olduğu üçün ala bilməyən Tatlıses dünən çəlik köməyiylə səhnəyə çıxıb və tamaşaçıları salamladıkdan sonra əlindəki çəliyi atıb. Mükafatını təqdim edən Orhan Gencebayın əlini öpən Tatlıses çətin günlərində onu tək buraxmayan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Tatlısəs albomu ilə əlaqədar isə "Allahın da köməyiylə mahnılar yazdırmağa başladıq, İnşallah hər şey çox gözəl olacaq. Allah hamınızdan razı olsun'' deyə əlavə edib.

Könül İbrahim



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az