Vətəninfo.az xəbər verir ki, Avrasiya.net bu dəfə A.Səlimovun kişik oğlu Sənan Səlimovun Ağcabədidə yerləşən Ağ Göl Dövlət Qoruğunda qanunsuz ov etməsini əks etdirən fotolar əldə edib. Bu fotolardan da görünür ki, məmur balası bütün qanunları tapdalayaraq qadağan edilən ərazilərdə ov edir, özü də dostları ilə birlikdə. Təbii ki, S.Səlimov atasına arxalanaraq belə bir qanunsuzluqlara yol verir. Axı A.Səlimovun bu qoruq ərazisində balıqçılıq təsərrüfatı və böyük mal-qara ferması da var. İcra başçısının Ağ Göl Dövlət Qoruğundakı bu təsərrüfatlarını əks etdirən video da əlimizdədir. Yaxın günlərdə onu da ictimaiyyətə təqdim edəcəyik.

Onu da qeyd edək ki, S.Səlimov Bakı Dövlət Yol Polisində çalışıb. İşdə yol verdiyi nöqsanlara görə kənarlaşdırlılıb. İndi boş vaxtlarını qanunsuz ov etməklə keçirir. Onun böyük biznes şəbəkəsinə rəhbərlik etdiyi də söylənilir.

İstirahət etmək hər bir vətəndaşın borcudur. Amma baxır harada və necə. Amma torpaqlarından didərgin düşən on minlərlə laçınlının Taxtakörpü qəsəbəsində yayın istisindən, qlşın soyuğundan əziyyət çəkdiyi, problemlər içində çabaladığı bir dönəmdə icra başçısı oğlunun belə kef çəkməsi heç bir çərçivəyə sığmır.
